"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Mərdəkan bələdiyyəsi “Xocalı faciəsi”nə həsr olunmuş rəsm müsabiqəsi keçirdi

--2023-02-22 / 12:19

 Xocalı faciəsinin 31-ci ildönümü ilə əlaqədar, qəsəbədəki 183 nömrəli tam orta məktəbin şagirdləri arasında 22 fevral 2023-cü il tarixdə, saat 11.00-da tədbir keçirildi.

Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bələdiyyənin sədr müavini şagirdlərə 7 min əhalisi olan Xocalı şəhərində erməni vandalları tərəfindən 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilmiş cinayətlərdən məlumat verdi. Qeyd etdi ki, Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşətli və faciəli səhifələrindən biridir. Azərbaycan xalqı uzun illər ərzində erməni millətçi-şovinistlərinin etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Xalqımız tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam edib. Belə ki, 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunub. 1988-ci ildə də öz tarixi torpaqlarından qovulanlar olub. 250 min azərbaycanlı yaşadıqları yerləri tərk etmək məcburiyyətində qalıb. 1988-ci ildə Dağlıq Qarabağ ətrafında başlanan hadisələr zamanı şəhərlərin, kəndlərin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlıların öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndib.

Tarix heç vaxt unudulmur və yaddan da çıxmır.

Nəzərə çatdırıldı ki, Xocalı faciəsinə hüquqi və siyasi qiymət Ümummilli Lider Heydər əliyev tərəfindən 1994-cü ildə verildi. Bu günün qeyd edilməsi böyüməkdə olan gənc nəslin doğma Vətənə sevgi, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ edilməsi sayəsində Müzəffər Ali Baş Komandan ilham əliyevin rəhbərliyi altında vətənpərvər gənclərimiz 44 günlük Vətən müharibəsində torpaqlarımızı erməni işğalçılarından azad etdilər.

Tədbirin sonunda Xocalı faciəsinə həsr olunmuş rəsm müsabiqəsi qaliblərinə (I, II, və III yerlə) “Diplom”lar təqdim olundu.

Xəzər rayonu, Mərdəkan bələdiyyəsi

ŞƏRHLƏR